MN: Qanunsuz erməni silahlılarının 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb

MN: Qanunsuz erməni silahlılarının 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb
# 22 avqust 2023 11:36 (UTC +04:00)

Qeyri-qanuni erməni silahlı dəstələrinin texniki müşahidə vasitələri sıradan çıxarılır.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb.
Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb.
Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR