Əfqanıstanda toyda partlayış törədilib, 3 uşaq yaralanıb

Əfqanıstanda toyda partlayış törədilib, 3 uşaq yaralanıb
# 01 sentyabr 2016 02:54 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın Şəbərqan şəhərində toy şənliyi zamanı partlayış törədilib.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 3 uşaq yaralanıb.

 

Məlumata əsasən, cinayəti törədənlər müəyyənləşdirilib. Hazırda onların tutulması üzrə əməliyyatlar aparılır.

 

Qeyd edək ki, hadisə Türkmənistanla sərhəddə yerləşən Cauzcan əyalətində baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR