Rəşad Sadıqov Avropa Liqasının rəmzi yığmasında yer alıb

Rəşad Sadıqov Avropa Liqasının rəmzi yığmasında yer alıb
# 04 noyabr 2016 11:47 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin IV turunun rəmzi yığması açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın tərtib etdiyi siyahıda Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da yer alıb.

PAOK-la Yunanıstanda keçirilən matçdakı 1:0 hesablı qələbədə böyük pay sahibi olan 34 yaşlı mərkəz müdafiəçisi rəmzi komandada da eyni mövqedə yer alıb. Salonikidəki görüşün ən yaxşısı olan Sadıqovun daxil edildiyi bu “11-lik” 3-4-3 taktiki sxeminə uyğun tərtib edilib.

Komandanın qapısı Ralf Fahrmana (“Şalke”, Almaniya) həvalə edilib. Müdafiədə Rəşadın sağında Numan Çürüksü (“Osmanlıspor”, Türkiyə), solunda Virgil van Diyk (“Sauthempton”, İngiltərə) yer alıb. Yarımmüdafiənin cinahları Hi Çan Hvanq (“Zalsburq”, Avstriya) və Taysona (“Şaxtyor”, Ukrayna) həvalə olunub. Meydanın mərkəzində isə ən yaxşılar Stançu (“Anderlext”, Belçika) və Cluianodu (“Zenit”, Rusiya).

Hücum xəttinin qanadlarında Musa Sou (“Fənərbaxça”, Türkiyə) və Edin Dzeko (“Roma”, İtaliya) yer alıblar. Mərkəz hücumçusu mövqeyi isə Avropa Liqası tarixində ilk penta-trikin müəllifi olan Arits Adurisə (“Atletik”, İspaniya) verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR