“Öncəliklə qeyd edim ki, biz bu müharibənin başa çatmasını və döyüşlərin dayandırılması ilə bağlı razılaşmanın əldə olunmasını alqışlayırıq”.
APA-nın məlumatına görə, bunu bu gün NATO Baş katibi Yens Stoltonberq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“NATO normallaşma istiqamətində bütün səyləri və Azərbaycan və Ermənistan arasında dialoqu dəstəkləyir. Prezident İlham Əliyevlə də bu məsələni müzakirə etdik. Üçtərəfli görüş də olacaq. Bu onu göstərir ki, dialoq tərəflər arasında davam edir və normallaşmaya doğru irəliləyir. Zorakılığı, şiddəti yaradacaq bütün addımlardan çəkinmək lazımdır. Həll olunmamış bütün məsələlər diplomatik vasitələrlə həll olunmalıdır. NATO tərəf tutmur. Həm Azərbaycan, həm də Ermənistan NATO-nun dəyərli tərəfdaşıdır. Biz diplomatik, üçtərəfli səyləri, o cümlədən Ermənistan və Azərbaycan arasında normallaşmanı qəti şəkildə dəstəkləyirik”, - Baş katib vurğulayıb.
***
19:00
“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik”.
APA-nın məlumatına görə, bunu bu gün NATO Baş katibi Yens Stoltonberq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
NATO Baş katibi deyib ki, hər iki ölkə NATO üçün dəyərli tərəfdaşdır.