İstanbulun mərkəzinə yük maşınları buraxılmayacaq

İstanbulun mərkəzinə yük maşınları buraxılmayacaq
# 26 avqust 2016 16:45 (UTC +04:00)

Bakı - APA. Sabahdan İstanbul şəhərinə yük maşınları buraxılmayacaq.


APA-nın məlumatına görə, bunu İstanbulda Yavuz Sultan Səlim körpüsünün rəsmi açılış mərasimində çıxış edən Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, Sultan Səlim körpüsü “İpək Yolu”nun ən mühüm həlqələrindən biridir və sabahdan istifadə üçün açılacaq: “Sabahdan yük maşınlarının hamısı məhz Yavuz Sultan Səlim körpüsündən keçəcək, digər iki körpüyə yük maşınları buraxılmayacaq. Bu, İstanbulda avtomobil sıxlığının aradan qalxmasına xidmət edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR