Neftçalada 16 yaşlı oğlan göldə boğulub

Neftçalada 16 yaşlı oğlan göldə boğulub
# 31 avqust 2016 18:44 (UTC +04:00)

Bakı-APA. Neftçala rayonunda yeniyetmə oğlan göldə çimərkən boğulub.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər 2000-ci il təvəllüdlü Sadıqov Ayxan Yalçın oğlunun cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR