İqtisadiyyat naziri Şahin Mustafayev sahibkarlara müraciət edib.
"APA-Economics"in xəbərinə görə, "Qeyri-neft ixracatçılarının respublika müşavirəsi"ndə çıxışı zamanı nazir bildirib ki, sahibkarlar arasında kommunikasiya daha sıx qurulmalıdır: "Yəqin ki, biz bu formatda əməkdaşlıq qurmağa başlayacağıq. Mən düşünürəm ki, növbəti forumlarda əvvəlcədən sahibkarlar tərəfindən sifariş olunmuş mövzular ətrafında müzakirələr aparıla bilər. Sahibkarlar özləri təqdimat aparmaq imkanı qazanmaqla təşkilati tədbirlər görə bilər. Məsələn, hansısa 5 şirkət istehsal etdiyi məhsullar barədə təqdim aparmaq istəyir. Bunu üçün biz sahibkarlarla görüşük, əvvəlcədən hansı mövzuda təqdimatlar olacağı ilə bağlı onları məlumatlandırırıq. Bu barədə aidiyyəti qurumlara da müvafiq tapşırıq verəcəm. İnanıram ki, bu formatda əməkdaşlıq müsbət nəticələrini verəcək".