Çeçenistanda silahlı qrup məhv edilib

Çeçenistanda silahlı qrup məhv edilib
# 09 oktyabr 2016 07:53 (UTC +04:00)

Bakı-APA. Çeçenistanın Qudermes rayonunda silahlı qrup məhv edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Qudermes rayonunda Engel-yurd və Qerzel yaşayış məntəqələri arasında mobil polis postu qurulub.

 

Polis yoldan keçən iki minik avtomobilini yoxlama aparmaq üçün dayandırmaq istəyib. Ancaq avtomobillərdən polisə atəş açılıb. Nəticədə 4 polis əməkdaşı yaralanıb. Hüquq-mühafizə orqanları atışmada  7-ə qədər silahlının öldürüldüyünü bildiriblər.

 

Öldürülən silahlıların şəxsiyyəti müəyyənləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR