Bakı-2015: I Avropa Oyunlarında iştirak edəcək Portuqaliya nümayəndə heyətinin ilk qrupu Bakıya gəlib - FOTO - VİDEO

Bakı-2015: I Avropa Oyunlarında iştirak edəcək Portuqaliya nümayəndə heyətinin ilk qrupu Bakıya gəlib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 04 iyun 2015 02:47 (UTC +04:00)

APA-nın məlumatına görə, onları Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.

Portuqaliya Milli Olimpiya Komitəsinin idman direktoru Marku Alveş hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, Portuqaliya yarışlara 100 idmançı ilə qatılacaq: "Biz olkəmizin ən yaxşı idmançılarını I Avropa Oyunlarına gətirəcəyik. İdmanda medalların sayını qabaqcadan demək risklidir. Amma ölkəmizə bir neçə medalla qayıtmağa çalışacağıq".

Nümayəndə heyəti onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar.

Qeyd edək ki, “Bakı-2015” I Avropa Oyunları işıqlandırmağa gələn jurnalistlərin daha bir qrupu da bu gecə Azərbaycana gəlib. Onları da Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Jurnalistlər daha sonra xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıblar.

Yarışlara kimi “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev Hava limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərir.

Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların 16-sı Olimpiya növləridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR