Hacıqabulda 4 evdə yanğın baş verib - YENİLƏNİB

Hacıqabulda 4 evdə yanğın baş verib - <span style="color: red;">YENİLƏNİB
# 25 yanvar 2016 20:09 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı – APA. Hacıqabul şəhərində yanğın hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Həmid Həmidov küçəsi, 1-də qeydə alınıb.

Yanğın nəticəsində Cəbrayılova Kəmalə Rəhim qızına məxsus evin yanar konstruksiyaları və ev əşyaları 100 kvadratmetr sahədə, daha 3 fərdi evin isə dam örtüyü tamamilə yanıb.

Yanğının söndürülməsinə Şirvan və Hacıqabul Yanğından Mühafizə Hissəsinin 7 yanğınsöndürən avtomaşını və şəxsi heyəti cəlb olunub.

Yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb. Yaxındakı evlər yanğından qorunub.

İlkin versiyaya görə, yanğına qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

***

22:29

Hacıqabul. Əlibəy Zeynallı – APA. Hacıqabulda bir neçə evdə yanğın baş verib

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində yerləşən 3 yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR