Avstriyanın paytaxtı Vyanada iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 9 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Vyana polisinin məlumatında bildirilir.
“İki sərnişin qatarının toqquşması nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan bir neçəsi xəstəxanaya yerləşdirilib, ölən yoxdur”, məlumatda qeyd olunur.
Qəzanın səbəbləri araşdırılır.
***
20:14
Avstriyanın paytaxtı Vyanada dəmiryol vağzalında iki sərnişin qatarı toqquşub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident paytaxtın Maydlinq rayonunda qeydə alınıb.
Hadisə nəticəsində azı 7 nəfər xəsarət alıb. Qəzanın səbəbləri barədə məlumat verilmir.