Təhsil naziri Türkiyə səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Təhsil naziri Türkiyə səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 04 oktyabr 2016 08:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında danışılıb. Nazir səfirin təhsil əlaqələrinin daha da genişləndirilməsində oynadığı rolu yüksək qiymətləndirib və ona öz təşəkkürünü bildirib.

Öz növbəsində Alper Coşkun Azərbaycandan xoş təəssüratlarla ayrıldığını söyləyib, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ona göstərdiyi dəstəyə görə nazir Mikayıl Cabbarova minnətdarlığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR