Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ev yanıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 17-də saat 14 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşayan Əli Orucovun evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, Ə.Orucovun oğlanları Xəzər və Emin yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb, onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.