Sankt-Peterburqda “donuz qripi”nə yoluxanların sayı artır

Sankt-Peterburqda “donuz qripi”nə yoluxanların sayı artır
# 18 yanvar 2016 13:32 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Sankt-Peterburq şəhərində “donuz qripi”nə yoluxanların sayı kəskin artıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şəhərin Səhiyyə Komitəsinin sədr müavini Tatyana Zasuxina bildirib. O deyib ki, yalnız Botkin adına klinik infeksion xəstəxanaya 537 nəfər kəskin respirator xəstəliklərlə bağlı müraciət edib. Onlardan 123-də H1N1 virusu aşkarlanıb. T. Zsuxina qeyd edib ki, “donuz qripi”nə yoluxma halı bu il ötən ilə nisbətə daha çoxdur: “Botkin adına xəstəxanada bu ilin əvvəlindən qrip virusu ilə 5 nəfər ölüb. Onlar digər ağır xəstəlikdən əziyyət çəkən insanlar olub”.

Bu gün həmçinin Yekaterinburq şəhərində “donuz qripi”ndən bir nəfər ölüb. Həkimlər bildirir ki, 50 yaşlı bu şəxsin leykoz xəstəliyindən əziyyət çəkməsi ölümünü sürətləndirib. Daha bir nəfər isə eyni diaqnozla ağır vəziyyətdə xəstəxanadadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR