Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edib
# 28 oktyabr 2016 10:29 (UTC +04:00)

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 28-də Lənkəranda vətəndaşları qəbul edib.

APA-nın cənub bürosunun məlumatına görə, FHN-nin Cənub Regional Mərkəzinin binasında keçirilən qəbulda Lənkəranla yanaşı, qonşu Masallı, Cəlilabad, Lerik, Astara və Yardımlı rayonlarının sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 99, digər məsələlərlə bağlı müraciət etmiş 127 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR