ABŞ-da aeroportun xidməti binasında təlim qumbarası tapılıb

ABŞ-da aeroportun xidməti binasında təlim qumbarası tapılıb
# 16 aprel 2017 09:21 (UTC +04:00)

Nyu-Yorkda Con Kennedi adına Beynəlxalq Aeroportda təlim qumbarası tapılıb.

 

APA-nın məlumatına görə, bu barədə “ CBS New York” telekanalı məlumat yayıb.

 

Qumbara tapılması ilə əlaqədar xidməti bina boşaldılıb. Təlim qumbarası binanın gömrük xidməti yerləşən hissəsində aşkarlanıb. Binaya gələn  hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, bu, təlim qumbarasıdır və hərbi təlimlərdə istifadə edilmək üçün aparılır.

 

Olay aeroportun terminalının işinə təsir etməyib, aeroport normal rejimdə fəaliyyət göstərib. Binadan evakuasiya edilən əməkdaşlar daha sonra iş yerlərinə qayıdıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR