Təlim toplanışında praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO

Təlim toplanışında praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
# 14 iyun 2023 19:24 (UTC +04:00)

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışı davam edir.

Nazirlikdən APA-ya verilən xəbərə görə, plana uyğun olaraq hərbi vəzifəlilər atıcı silahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.

Atışdan əvvəl şəxsi heyətə silahların taktiki-texniki xüsusiyyətləri və təhlükəsizlik qaydaları çatdırılıb, atəş mövqeyinin tutulması və silahların döyüş vəziyyətinə gətirilməsi üzrə normativlər məşq etdirilib.

Təlim sahəsində şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar hərbi vəzifəlilər tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR