Moskvada bankda 6 nəfəri girov götürən silahlı şəxs öldürülüb - YENİLƏNİB

Moskvada bankda 6 nəfəri girov götürən silahlı şəxs öldürülüb - <span style="color: red;">YENİLƏNİB
# 18 may 2016 21:55 (UTC +04:00)

Bakı-APA. Moskvada bankda 6 nəfəri girov götürən silahlı şəxs xüsusi təyinatlılar tərəfindən öldürülüb.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarından bildirilib

“Xilasetmə əməliyyatı zamanı silahlı müqavimət göstərən şəxs məhv edilib. Girovlar azad olunub”, deyə mənbə bildirib”.

Məlumata görə, külli miqdarda pul istəyən cinayətkar bank binasını partladacağı barədə hədə-qorxu gəlib.

Qeyd edək ki, hadisə “Moskva kredit bankı”nın Pervomayskaya küçəsindəki filialında qeydə alınıb.

***

22:52

Bakı-APA. Rusiyada “Moskva kredit” bankının 6 əməkdaşı girov götürülüb.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarından bildirilib.

İnsident bankın Pervomayskaya küçəsindəki filialında qeydə alınıb. Hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb edilib. Hələ ki girovları azadlığa buraxmaq üçün heç bir tələb irəli sürülməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR