Milli Məclisin üzvləri Türkiyədə referendumu izləyəcəklər

Milli Məclisin üzvləri Türkiyədə referendumu izləyəcəklər
# 10 aprel 2017 14:35 (UTC +04:00)

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat  Ağalar Vəliyev Türkiyədə keçiriləcək referendumu  üşahidə etmək üçün  aprelin 13-də  Ankaraya  səfərə gedəcəklər.

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya bildirilib ki, millət vəkilləri Türkiyə Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsində Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə iştirak edəcəklər. 

 

Deputatlar digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəklər.


Səfər aprelin 17-də başa çatacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR