Türkiyə MN: Azərbaycan hər keçən gün gücünə güc qatır

Türkiyə MN: Azərbaycan hər keçən gün gücünə güc qatır
# 17 noyabr 2023 13:48 (UTC +04:00)

“35 il əvvəl milli diriliş ruhuyla müstəqilliyə doğru yürüyən Azərbaycan türkü qardaşlarımız bu gün də eyni düşüncə və ruhla Qarabağı işğaldan qurtardı”.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 17 Noyabr Milli Dirçəliş Günü ilə bağlı “X” platformasındakı paylaşımında deyilir.

“Hər keçən gün gücünə güc qatan can qardaşlarımızın Milli Dirçəliş Gününü qutlayır, “Bir millət, iki dövlət” şüarıyla hər daim bir və bərabər olacağımızı bir daha hayqırırıq”, - paylaşımda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR