Beyləqan. Ziya Əmirxanlı-APA. Beyləqanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Daşburun-Beyləqan yolunun Milabad kəndi ərazisindən keçən hissəsində baş verib. Sürücü, Beyləqan rayon sakini, 1989-cu il təvəllüdlü Hüseyinov Əkbər Azad oğlu “Mercedes” markalı avtomobilin idarəetməsini itirib, nəticədə maşın yoldan çıxaraq ağaca çırpılıb.
Sürücü Ə. Hüseyinovla yanaşı, sərnişinlər 1987-ci il təvəllüdlü Bakı şəhər, Binəqədi rayon Biləcəri sakini Xəlilov Rasim Nizaməddin oğlu və Beyləqan rayon sakini 1987-ci il təvəllüdlü Həsənov Zamiq Qənimət oğlu müxtəlif bədən xəsarəti ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Beyləqan MRX-da travmatoloq-həkim Elyar Namazovun APA-ya verdiyi xəbərə görə, xəstələrə ilkin tibbi yardım göstərilir.
Onların vəziyyəti hələlik orta ağır qiymətləndirilir.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları hadisənin səbəblərini araşdırır.