“AFB Bank” ötən ili mənfəətlə başa vurub

“AFB Bank” ötən ili mənfəətlə başa vurub
# 17 fevral 2016 15:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “AFB Bank” ASC-nin aktivlərinin həcmi 2016-cı il yanvarın 1-nə 312,574 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,91% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 11,55% azalaraq 181,008 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 58,20% artaraq 123,282 mln. manata çatıb, əhalinin əmanətlərinin həcmi isə 20,764 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,55 dəfə çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 3,83% artaraq 78 mln. 505 min manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 70 mln. 393,46 min manat təşkil edib.

Bankın gəlirləri 2,63 dəfə artaraq 27,836 mln. manata, xərcləri isə 21,85% artaraq 11,267 mln. manata çatıb.

Ümumilikdə isə, ötən il bankın əldə etdiyi mənfəət 2 mln. 079,36 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR