Azərbaycan və NATO-nun təhsil üzrə ekspertlərinin görüşü keçirilir

Azərbaycan və NATO-nun təhsil üzrə ekspertlərinin görüşü keçirilir
# 28 fevral 2018 14:08 (UTC +04:00)

Hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Azərbaycan-NATO Birgə Fəaliyyət Planına əsasən, Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Müdafiə Nazirliyinin və NATO-nun mütəxəssisləri arasında növbəti işçi görüşü keçirilir.

MN-dən APA-ya verilən məlumata görə, tədbirdə “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” çərçivəsində 2017-ci ildə həyata keçirilən fəaliyyətlər təhlil edilir, eləcə də cari il üçün planlaşdırılan tədbirlər və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR