Azərbaycanın müdafiə naziri Çexiya və Serbiya səfirlərini qəbul edib

Azərbaycanın müdafiə naziri Çexiya və Serbiya səfirlərini qəbul edib
# 17 fevral 2015 13:30 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonkanı və Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiçi qəbul edib. APA-nın Müdafiə Nazirliyinin saytına istinadən yaydığı xəbərə görə, görüş zamanı müdafiə naziri səfirlərə regiondakı hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Nazir Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzanmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanla hər iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR