Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir

Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir
# 28 fevral 2018 09:15 (UTC +04:00)

Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Bakıda Şimali Atlantika Alyansının Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən seminar keçirilir.

MN-dən APA-ya verilən məlumata görə, seminarda NATO nümayəndə heyəti tərəfindən iştirakçılara hava əməliyyatlarının aparılması, hava nəqliyyatı əməliyyatlarının planlaşdırılması və icrası, eləcə də müharibə zonasında axtarış-xilasetmə əməliyyatlarının keçirilməsi və digər mövzularda brifinqlər təqdim olunur.

Tədbirdə müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR