Bu ilin I yarısında Ermənistan Ordusu atəşkəs rejimini 2846 dəfə pozub, 13 Azərbaycan hərbçisi şəhid olub

Bu ilin I yarısında Ermənistan Ordusu atəşkəs rejimini 2846 dəfə pozub, 13 Azərbaycan hərbçisi şəhid olub
# 09 iyul 2014 12:27 (UTC +04:00)

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatları əsasında apardığı monitorinqin nəticələrinə görə, ötən ay cəbhədə atəşkəsin pozulması ilə müşahidə olunan döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub, 2 hərbçisi (1 nəfər mina partlayışından) isə yaralanıb. Bundan başqa, Ermənistan Ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 5 mülki sakin (1 nəfər Tərtərdə, 4 nəfər isə tovuzda) yaralanıb.

Ötən ay ermənilər əsasən Qarabağ cəbhəsinin cənubunda - Füzuli, Xocavənd və Cəbrayıl rayonları istiqamətində aktivləşiblər. Ermənistan Ordusunun bölmələri tərəfindən Füzuli rayonu istiqamətində atəşkəs rejimi 118, Cəbrayıl rayonu istiqamətində 36, Xocavənd rayonu istiqamətində 30 dəfə pozulub.

Qarabağ cəbhəsində - Ağdam rayonu istiqamətində atəşkəs rejimi 83, Tərtər rayonu istiqamətində 23, Goranboy rayonu istiqamətində 13, Göygöl rayonu istiqamətində 4, Azərbaycan-Ermənistan dövlət sərhədində - Qazax rayonu istiqamətində 20, Tovuz rayonu istiqamətində 9, Ağstafa rayonu istiqamətində 4, Gədəbəy rayonu istiqamətində 4 dəfə atəşkəs rejimi Ermənistan Ordusu tərəfindən pozulub.

APA-nın monitorinqlərinə əsasən, 2014-cü ilin birinci yarısında (yanvar-iyun) cəbhədə atəşkəs rejimi 2846 dəfə pozulub. Atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə və mina partlayışlarında Azərbaycan Silahlı Qüvvələrinin 13 hərbçisi şəhid olub. On doqquz hərbi qulluqçu (9 nəfər mina partlayışı) və 5 mülki sakin isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR