Daxili Qoşunların komandanı Şahin Məmmədov Belarusda rəsmi səfərdə olub - FOTO

Daxili Qoşunların komandanı Şahin Məmmədov Belarusda rəsmi səfərdə olub - <span style="color: red;">FOTO
# 19 sentyabr 2014 12:19 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 16-dan 18-dək Belarusda rəsmi səfərdə olub. Bu barədə APA-ya Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Səfərin birinci günü general-mayor Şahin Məmmədov Belarus daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Yuri Karayevlə görüşüb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə general-mayor Y.Karayev Azərbaycan və Belarus Daxili Qoşunları arasında əməkdaşlıqdan məmnunluğunu vurğulayıb.

General-mayor Ş.Məmmədov isə Belarusa rəsmi səfərinin əməkdaşlığın uğurlu inkişafına dəstək verəcəyini bildirib.

Səfər çərçivəsində general-mayor Ş.Məmmədovu Belarusun daxili işlər naziri, milis general-mayoru İqor Şuneviç qəbul edib. Görüş zamanı Belarusun daxili işlər naziri hər iki dövlətin müvafiq qurumları arasında münasibətlərin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Səfər proqramına uyğun olaraq, Daxili Qoşunların nümayəndə heyəti Belarus Daxili Qoşunlarının müxtəlif təyinatlı hərbi hissələrində xidməti-döyüş fəaliyyəti ilə tanış olub.

Nümayəndə heyəti həmçinin, Belarus Respublikasının tarixini əks etdirən muzey kompleksini və Belarus Daxili Qoşunlarının mərkəzi muzeyini ziyarət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR