Ermənilər Azərbaycan Ordusunun mövqelərini bütün cəbhə boyu atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini bütün cəbhə boyu atəşə tutublar
# 05 avqust 2013 06:50 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Aygedzor və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tərtər rayonunun Qızıl Oba, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR