Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini cəbhənin müxtəlif istiqamətlərində atəşə tutublar

Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini cəbhənin müxtəlif istiqamətlərində atəşə tutublar
# 26 avqust 2013 06:57 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdam rayonunun Yusifcanlı, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR