Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozub
# 17 iyul 2014 07:28 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Ermənilər atəşkəsi yenidən pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.


Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.


Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qapanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR