Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, BQXK nümayəndələri avqustun 26-da 2012-ci ilin iyul ayından Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.
BQXK-nın İrəvandakı nümayəndəliyinin başçısı Lorenzo Karaffi bildirib ki, hərbi əsirin saxlanmasından sonra sayca doqquzuncu olan bu başçəkmə zamanı ailəsinin ona göndərdiyi məktub çatdırılıb, o da ailəsinə məktub yazıb: “Bu məlumatlar sırf şəxsi xarakterdə olub. Bundan əlavə, başçəkmə zamanı hərbi əsirin repatriasiya edilmək, yaxud üçüncü ölkəyə köçmək istəyi konfidensial şəraitdə müzakirə edilib”.
BQXK-nın məlumatında deyilir ki, avqustun 30-da Ermənistanın hökumət orqanları azərbaycanlı hərbi əsirin azad edildiyi və digər beynəlxalq təşkilatın himayəsi altında üçüncü ölkəyə yola düşdüyü barədə BQXK-nı məlumatlandırıb.
Məlumatda daha sonra bildirilir ki, bundan əvvəl, 20 avqust tarixində BQXK nümayəndələri 8 avqust 2013-cü il tarixindən Azərbaycanda saxlanılan erməni hərbi əsirə baş çəkiblər. Başçəkmə zamanı, ona ailəsindən məlumatlar çatdırılıb və ailəsinə xəbərlər göndərmək imkanı verilib. Başçəkmə BQXK-nın standart iş prosedurlarına müvafiq olaraq həyata keçirilib. BQXK-nın Bakı Nümayəndəliyinin başçısı, Deniz Duran bildirib ki, BQXK erməni əsgərinin tutulması və saxlanması ilə bağlı bütün məsələlər barədə aidiyyəti olan hökumət orqanları ilə birbaşa və konfidensial dialoqu davam etdirir.
BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı saxlanılan hərbi əsirlərə və internə edilmiş mülki şəxslərə 1992-ci ildən etibarən baş çəkir. Başçəkmələrin məqsədi onların saxlanılma şəraitini monitorinq etmək və beynəlxalq standartlara müvafiq olaraq, onlarla insani rəftar olunduğundan əmin olmaqdır. BQXK, neytral vasitəçi olaraq tərəflərin xahişi, aidiyyəti olanların razılığı və münaqişə tərəfləri ilə koordinasiya şəraitində hərbi əsirlərin və internə edilmiş mülki şəxslərin repatriasiyasına şərait yarada bilər.
Saxlanılan şəxslərin üçüncü ölkəyə köçürülməsi BQXK-nın mandatına daxil deyil.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu 2012-ci ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.
Ermənistanda əsirlikdə olan Azərbaycan hərbçisi Firuz Fərəcov üçüncü ölkəyə göndərilib - VİDEO

Hərbi

Ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilir

Minskdə Azərbaycan və Belarus müdafiə nazirləri görüşüb

Azərbaycan hərbçiləri Serbiyada beynəlxalq təlimdə iştirak edirlər

MN: Pirəkəşküldə yararsız döyüș sursatları məhv ediləcək
Xəbər Lenti
İsrail tərəfi 60 qırıcı ilə Tehranda 20-dən çox hərbi hədəfi vurduğunu açıqlayıb
İran-İsrail müharibəsi - SON DƏQİQƏ
Yaşar Gülər: Azərbaycanla Türkiyənin müqavimət gücünü artırması seçim deyil, zərurətdir
İranda polis qərargahı yaxınlığındakı binalara zərbə endirilib, bir neçə polis əməkdaşı yaralanıb
İsrail İrana qarşı hava zərbələrinin üçüncü dalğasına başlayıb
İran ilk dəfə döyüş şəraitində orta mənzilli "Səccil" raketindən istifadə edib
Samuxda əkin sahəsində 55 yaşlı kişinin meyiti tapılıb
Daşkəsəndə 62 yaşlı kişi qumun altında qalaraq həyatını itirib
İyunun 1-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub
Abbas Araqçi: İran danışıqlar üçün Omana nümayəndə heyəti göndərməyib
Elektron pul təşkilatları inzibati cərimə haqqında qərarın icrasına cəlb olunacaq
Fahrettin Altun: Nikol Paşinyan iyunun 20-də Türkiyəyə işgüzar səfər edəcək
İran İsrail ərazilərinə yeni raket hücumu həyata keçirib
Zelim Kotsoyev dünya çempionatında bürünc medal qazanıb
Qanunvericiliyə cinayət işinin başlanmasının rədd olunmasına dair yeni hal daxil edilir
Dövlət qulluqçularının reyestri qaydasının təkrar pozulmasına görə cərimə müəyyənləşir
Qəbələdə yol qəzası baş verib, xəsarət alanlar var
Tramp NATO-nun Haaqada keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib
Xidmət və işlərlə əlaqədar qanunvericiliyin tələblərini pozan QHT-lər cərimələnəcək
XKX rəisi Orxan Sultanov Türkiyənin müdafiə naziri Yaşar Gülərlə görüşüb
Xarici maliyyə mənbələri ilə bağlı bank əməliyyatları sərtləşdirilir
Ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilir
Gəncədə hamamda qaz partlayıb, yeniyetmə qız yanıq xəsarəti alıb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib
DİN: İstirahət hüququnun pozulmasına qarşı sərt tədbirlər nəzərdə tutulur - VİDEO
Cəlilabadda 21 yaşlı oğlan itkin düşüb
Bonn Sessiyasının gündəliyi Azərbaycanın vasitəçilik səyləri ilə təsdiqlənib
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan gəmi kapitanı barəsində qərar verib
Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafiki dəyişdirilir
MEDİA: Solovyovun fikirlərini qəti şəkildə pisləyir, qarşı tərəfdən üzrxahlıq gözləyirik
Ermənistan Solovyova görə Rusiyaya nota verib
Naxçıvan MR Konstitusiyasına Prezidentin səlahiyyətli nümayəndəliyinə dair maddə əlavə edilir
Hakimlərin yeni xidməti vəsiqəsini Məhkəmə-Hüquq Şurası təqdim edəcək
Tramp: İran danışıqlar üçün müraciət edib
Bakıda qohumunu güllələyərək qətlə yetirən şəxslərə hökm oxunub
DİN yol kənarlarında ticarətlə bağlı vətəndaşlara müraciət edib - FOTO
Oğuz-Qəbələ-Bakı su xəttindəki qəza aradan qaldırılıb
AEBA: Natanz və İsfahandakı nüvə obyektləri zərər görüb, Fordodakı nüvə obyektinə hələlik ziyan dəyməyib
Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılır
Sumqayıtda mənzildə yanğın baş verib - VİDEO
Rusiya ilə ABŞ arasında birbaşa uçuşlar 2025-ci ilin sonuna qədər bərpa oluna bilər
Azərbaycana 5 ayda 800 mln. dollarlıq avtomobil idxal edilib
Azərbaycan neft məhsullarının ixracını 14%-dək azaldıb
İsrail ordusu Tehrana zərbələr endirir - YENİLƏNİB-1
Azər Qasımlının məhkəməsi başlayıb
İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib
Azərbaycanın xarici ticarət dövriyyəsi 14%-ə yaxın artıb
Qaradağda 18 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Konfrans Liqası: “Hayduk” “Zirə"nin, “Aris” “Araz-Naxçıvan”ın rəqibi olub