Azərbaycan Cənubi Koreyadan 3 milyard dollarlıq müasir silah və hərbi texnika almaq niyyətindədir

Azərbaycan Cənubi Koreyadan 3 milyard dollarlıq müasir silah və hərbi texnika almaq niyyətindədir
# 26 avqust 2013 11:59 (UTC +04:00)

APA-nın “Hankook İlbo” nəşrinə istinadən yaydığı məlumata görə, bu barədə Cənubi Koreya parlamentindəki mənbə bildirib. Mənbənin sözlərinə görə, müasir hərbi texnika almaq arzusu Cənubi Koreya parlament heyətinin Azərbaycana səfərinin gedişində səsləndirilib. Azərbaycan tərəfi Cənubi Koreyadan ümumi dəyəri 3 milyard dollar təşkil edən iki sualtı qayıq, eskadra mina gəmisi, nəqliyyat gəmisi, səsdən sürətli “T-50” təlim təyyarələri, dünyada ən yaxşı hesab olunan 155 millimetrlik K-9 özüyeriyən artilleriya qurğusu, vertolyotlar, pilotsuz uçuş aparatları, odu ram edən sistemlər almaq arzusunu ifadə edib.

Bu təkliflər Cənubi Koreya hökumətinin nəzərinə çatdırılsa da, Koreya tərəfi hələlik bu sazişə razılıq verməyib.

Nəşrin yazdığına görə, rəsmi Seul bu silah satışının bölgədə qüvvələr balansını dəyişəcəyindən ehtiyatlanır. Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasını nəzərə alaraq Cənubi Koreya XİN Müdafiə Nazirliyinə bu barədə qərar qəbul edərkən ehtiyatlı və təmkinli olmağı tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR