Müdafiə Nazirliyi ehtiyatda olan hərbi qulluqçuların xidmətə çağırılması ilə bağlı məlumat yayıb - VİDEO

Müdafiə Nazirliyi ehtiyatda olan hərbi qulluqçuların xidmətə çağırılması ilə bağlı məlumat yayıb - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2015 09:34 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatdan çağırılan hərbi vəzifəlilər də qatılıb.

Sentyabrın 6-dan başlayan hərbi oyunlar çərçivəsində birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini yoxlamaq məqsədilə ehtiyatdan çağırılmış 6 000 nəfərdən artıq hərbi vəzifəli toplanışa cəlb olunub.


Döyüş hazırlığı çərçivəsində bu kateqoriyadan olan şəxsi heyətlə müxtəlif poliqonlarda real müharibəyə yaxın şəraitdə silah və hərbi texnikadan istifadə qaydalarına dair praktiki məşqlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və digər ixtisaslar üzrə hazırlıq təlimləri keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR