Türkiyə bir sıra ölkələrlə yanaşı, Azərbaycan üçün də hərbi pilot yetişdirəcək

Türkiyə bir sıra ölkələrlə yanaşı, Azərbaycan üçün də hərbi pilot yetişdirəcək
# 23 iyun 2015 10:17 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. İzmirdə Türk Hava Qüvvələrinin dost və müttəfiq ölkələr üçün hərbi pilot yetişdirəcəyi Çoxmillətli Uçuş Təlim Mərkəzinin açılış olub.

APA-nın Türk Hava Qüvvələrinin saytına istinadən verdiyi məlumata görə, açılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov, Pakistan Hava Qüvvələrinin rəisi, ordu general Sohail Aman, Sudan Hava Qüvvələri komandiri, general-leytenant Esam-Aldeen Mobarak Habeeb-Allah İbrahim, Makedoniya Hava Qüvvələri Komandiri Metodija Veliçkovski iştirak ediblər.

Açılış mərasimindən sonra ABŞ, Azərbaycan, Banqladeş, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Pakistan və Türkmənistan arasında razılıq Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR