Türkiyə Müdafiə Sənayesi Katibliyi: Azərbaycan Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarına böyük maraq göstərir

Türkiyə Müdafiə Sənayesi Katibliyi: Azərbaycan Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarına böyük maraq göstərir
# 17 iyun 2013 09:23 (UTC +04:00)

Bu barədə APA-ya Türkiyənin Müdafiə Sənayesi Katibliyindən (SSM) məlumat verilib.

Ötən ilin əvvəllərindən etibarən bu istiqamətdə tərəflər arasında bir sıra görüş və təqdimatlar keçirilib. Türkiyəyə səfər edən Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri bu ölkənin şirkətlərinə baş çəkərək, PUA istehsalı ilə tanış olub, onların uçuşlarını, texniki imkanlarını öyrəniblər.

SSM-in 2012-ci ilin yekunlarına dair hesabatında ötən ilin yanvar ayında Ankarada Azərbaycanın Dövlət Sərhəd Xidmətinin heyəti, TAİ şirkətinin və Baş Qərargahın nümayəndələrinin iştirakı ilə pilotsuz uçuş aparatları ilə bağlı toplantının keçirildiyi qeyd olunub.

Bununla yanaşı, may ayında İstanbulda keçirilən İDEF-2013 sərgisində Azərbaycan Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və Dövlət Sərhəd Xidmətinə Türkiyə istehsalı olan fərqli modellərdə PUA-lar barədə təqdimatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR