Digər seçki blokları da kütləvi aksiyalar keçirməyi planlaşdırır - SORĞU

Digər seçki blokları da kütləvi aksiyalar keçirməyi planlaşdırır - <font color=red>SORĞU</font>
# 06 oktyabr 2010 09:41 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında “Qarabağ” seçki blokuna daxil olan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O əlavə edib ki, artıq “Qarabağ” seçki blokunda kütləvi aksiyalarla bağlı ilkin müzakirələr olub: “Təşviqat dönəmi başlayandan sonra aksiyanın hansı ərazilərdə, hansı şərtlərlə keçiriləcəyini dəqiqləşdirəcəyik. Aksiya keçirərkən digər bloklarla əməkdaşlıqla bağlı hələ ki, ümumi rəy yoxdur. Ancaq biz demokratik seçki naminə hər kəslə əməkdaşlıq etməyə hazır olduğumuzu bəyan etmişik”.

“İnsan naminə” seçki blokuna daxil olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev APA-ya açıqlamasında təmsil olunduğu blokun digər seçki əməkdaşlıq etməyin tərəfdarı olduğunu deyib: “Biz seçki blokları arasında əməkdaşlığın tərəfdarıyıq. Digər məsələlər, həmçinin kütləvi aksiyaların keçirilməsində də əməkdaşlıq məqsədəuyğun hesab edilə bilər. Ancaq birgə aksiyaların keçirilməsini hələlik müzakirə etməmişik”. Partiya sədri bildirib ki, hazırda onların məqsədi blokun namizədi olan şəxslərə kömək etmək, yerlərdəki problemlərin həllinə çalışmaqdır: “Aksiyalar hələlik gündəliyimizdə deyil”.

“İslahat” seçki blokuna daxil olan Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa APA-ya deyib ki, təmsil olunduğu blok konkret namizədlərin seçki dairəsinin ərazisində kütləvi aksiyaların keçirilməsini planlaşdırır: “Hansı ki, həmin dairədə buna ehtiyac var. Ancaq ümumilikdə paytaxt üzrə, rayon üzrə aksiya keçirməyi düşünmürük. Çünki seçkilər dairələr üzrə gedir. Belə bir təklif, razılaşma olarsa, bu məsələdə əməkdaşlıq edə bilərik”

“Demokratiya” seçki blokuna daxil olan Vətəndaş Həmrəyliyi və Demokratik İslahatlar Partiyaları isə təşviqat müddəti başladıqdan sonra namizədləri təbliğatı üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlar kimi, kütləvi tədbirlərdən də istifadə edəcək. Vətəndaş Həmrəyliyi Partiyasının Təşkilat şöbəsinin rəhbəri Samir Əsədli APA-ya deyib ki, kütləvi tədbirlər çərçivəsində mitinqlərin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, 7 noyabr parlament seçkiləri ilə əlaqədar “AXCP-Müsavat” seçki bloku oktyabrın 10-da mitinq-yürüş keçirməklə bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR