“Parlament 2010” seçki monitorinqi koalisiyası təlimlərə başlayıb

“Parlament 2010” seçki monitorinqi koalisiyası təlimlərə başlayıb
# 06 oktyabr 2010 12:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Parlament 2010” seçki monitorinqi koalisiyası dairə seçki komissiyaları üzrə təlimlərə başlayıb. Koalisiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seçki monitorinqi koalisiyasının üzvləri Sumqayıt şəhərində 41, 42, 43, 44 və 45 saylı, Şirvan şəhərində 46, 62, 63, 59, 57 və 79 saylı və Bərdə şəhərində 48, 81, 82, 93 və 95 saylı seçki dairələri üzrə müşahidəçilərin bir qrupu üçün təlim təşkil edib.

Təlimlərdə müşahidəçilərə seçkilərə hazırlıq mərhələsində görülən işlər, seçki qanunvericiliyi, monitorinqin əhəmiyyəti, müşahidəçinin hüquq və vəzifələri, müşahidəçilər üçün beynəlxalq davranış normaları, bunların seçki qanunvericiliyi ilə uyğunluğu və seçki günü müşahidə blankının doldurulması qaydaları haqqında məlumatlar verilib. Müşahidəçilərə “Parlament 2010” seçki monitorinqi koalisiyasının tərkibi haqqında geniş məlumat əks etdirilmiş xüsusi çap materialları da paylanıb və “Açıq xətt” haqqında izahat verilib.
Təlimlər interaktiv qaydada keçirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR