Parlament seçkilərində fərdi qaydada iştirak edən 3 YAP üzvü partiyadan qovulub

Parlament seçkilərində fərdi qaydada iştirak edən 3 YAP üzvü partiyadan qovulub
# 13 oktyabr 2010 14:17 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov deyib. O bildirib ki, YAP-ın hər bir üzvü partiya tərəfindən irəli sürülən namizədin seçki kampaniyasının uğurla aparılmasına kömək etməlidir: “Amma eyni zamanda bizim belə mövqe nümayiş etdirməyimiz heç bir halda hər hansı vətəndaşın hüququnun, o cümlədən də seçib-seçilmək hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Biz həmin insanlara deyirik ki, əgər özünüzü şanslı hesab edirsinizsə, YAP-dan istefa verin, bir Azərbaycan vətəndaşı olaraq seçkilərə qatılın və siz qalib gəlsəniz, sizi birinci biz təbrik edəcəyik. Amma YAP üzvü olaraq YAP tərəfindən irəli sürülən namizədə rəqib çıxmaq partiya etikasına da, siyasi etikaya da uyğun gəlmir”.

Ə. Əhmədov fərdi qaydada öz namizədliyini irəli sürən YAP-çıların bir neçəsinin öz namizədliyini geri götürdüyünü söyləyib: “Yerdə qalan bir neçəsi isə, təxminən 9-10 nəfər, seçkidə iştirakı davam etdirirlər, qərarları da qətidir. Onlardan 3 nəfəri YAP sıralarından xaric edilib və beləliklə, bu şəxslərə tam sərbəst şəkildə, YAP-la heç bir bağlılıqları olmadan, partiya etikası pozulmadan seçki kampaniyası aparmaq şansı yaradılıb. Onlar o qədər də əhəmiyyətli, tanınmış, ictimai fəaliyyəti olan insanlar deyillər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR