Azərbaycanda parlament seçkiləri ilə əlaqədar xarici jurnalistlərə informasiya dəstəyi verəcək informasiya mərkəzi fəaliyyət göstərəcək

Azərbaycanda parlament seçkiləri ilə əlaqədar xarici jurnalistlərə informasiya dəstəyi verəcək informasiya mərkəzi fəaliyyət göstərəcək
# 15 oktyabr 2010 10:45 (UTC +04:00)
Bakı - APA. Azərbaycanda parlament seçkiləri ərəfəsində Beynəlxalq İnformasiya Mərkəzi fəaliyyət göstərəcək. APA-nın məlumatına görə, Mərkəzin rəhbəri Elnur Baimov bildirib ki, layihənin əsas məqsədi qarşıdan gələn parlament seçkiləri zamanı beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrinə informasiya dəstəyinin göstərilməsidir.

İnformasiya mərkəzində Azərbaycana gələcək xarici jurnalistlərin fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb.

Seçkilərlə bağlı gündəlik məlumatların əldə edilməsində, seçkilərdə rəsmi akkreditasiyanın alınmasında, millət vəkili namizədləri və seçki prosesində iştirak edən digər tərəflərlə görüşlərin təşkilində xarici jurnalistlərə kömək göstəriləcək.

Mərkəz ən müasir kompüter texnikası və yüksək sürətli internet ilə təchiz olunub.

Mərkəzdə xarici jurnalistlər üçün istirahət otağı da yaradılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR