MSK Arif Hacılının namizədliyini qeydə alıb

MSK Arif Hacılının namizədliyini qeydə alıb
# 16 oktyabr 2010 14:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda 2010-cu il parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Ümumilikdə baxılan müraciətlərin sayı 35-dən artıq olub.

İclasda namizədliyi AMİP tərəfindən 102 saylı Samux-Şəmkir Seçki Dairəsindən irəli sürülmüş İradə Həsənova ilə bağlı müvafiq Dairə Seçki Komissiyasının qərarı ləğv edilib və onun namizədliyi qeydə alınıb.

Həmçinin Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, “AXCP-Müsavat” seçki blokunun vahid namizədi Arif Hacılının barəsində verilmiş Suraxanı I Dairə Seçki Komissiyasının da qərarı ləğv olunub. A.Hacılının namizədliyi qeydə alınıb.

Müsavat Partiyası başqanının müavini, “AXCP-Müsavat” seçki blokunun vahid namizədi Qabil Hüseynlinin (Hüseynov) 95 saylı Tərtər Seçki Dairəsindən namizədliyinin qeydə alınması barədə müraciəti isə təmin olunmayıb.

İclasda “İslahat”, “Qarabağ” seçki bloklarının və AMİP-in də namizədlərinin müraciətlərinə baxılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR