Məzahir Pənahov: “AŞ PA missiyası namizədlərə pulsuz efir vaxtının ayrılmasını müsbət qiymətləndirir”
22 oktyabr 2010 12:27 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov verib. O bildirib ki, müşahidə missiyası pulsuz efir vaxtının ayrılmasını vaxtında atılmış və beynəlxalq və demokratik tələblərə və standartlara cavab verən istiqamətdə atılmış bir addım kimi dəyərləndiriblər: “Bu addım onları təəccübləndirib. Mənimlə görüşdə bildirdilər ki, hər axşam iki saat ödənişsiz efir vaxtının verilməsi dünya praktikasında görülməmiş bir addımdır. Bu müsbət istiqamətdə atılmış bir addımdır. O ki, qaldı müxtəlif fikirlərin söylənməsinə - onlar müxtəlif siyasi baxışlara malik insanlarla görüşlər keçiriblər. Pulsuz efir vaxtının az olması onların keçirdikləri görüşlər zamanı missiya üzvlərinə deyilən fikirlərdir. O fikirlərdə müxtəlifliyin olması qeyri-adi bir şey deyil”.