Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
# 23 oktyabr 2010 14:08 (UTC +04:00)
APA-nın məlumatına görə, əvvəlcə MSK-nın 23 oktyabr 2010-cu il tarixli iclasının protokolu təsdiqlənib.

MSK katibi və üzvləri Natiq Məmmədov, Qabil Orucov, Validə Kazımova və Tofiq Həsənli daxil olan şikayətlər barədə məlumat veriblər.

Bu il noyabr ayının 7-nə təyin olunmuş Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar fərdi namizədlərdən, blok və partiyalardan namizədliyini irəli sürən şəxslərin müraciətlərinə də baxılaraq, müvafiq qərarlar qəbul olunub.

M.Pənahov deyib ki, oktyabrın 25-dən bülletenlər paylanacaq: «Proses saat 09:00-dan başlanacaq. Daxili İşlər Nazirliyinə müraciət etmişəm ki, mətbəəyə DSK-lardan gələnlər üçün şərait yaradacaqlar. Yəqin ki, saat 10:00-da birinci partiyanı yola sala biləcəyik. Bu ayın sonuna qədər çap və paylama prosesini yekunlaşdırmağa çalışacağıq».

M.Pənahov beynəlxalq qurumların nümayəndələrini və KİV-i prosesi müşahidə etməyə çağırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR