MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib
# 25 oktyabr 2010 15:41 (UTC +04:00)
MSK üzvləri 6 saylı Culfa-Babək Dairə Seçki Komissiyasının tərkibinə dəyişiklik edib və “AXCP-Müsavat” blokundan 44 nəfər səlahiyyətli nümayəndəni təsdiqləyiblər.

MSK katibi və üzvləri Natiq Məmmədov, Qabil Orucov, Validə Kazımova və Tofiq Həsənli daxil olan şikayətlər barədə məlumat veriblər.

2010-cu il noyabrın 7-nə təyin olunmuş Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar fərdi namizədlərdən, blok və partiyalardan namizədliyini irəli sürən şəxslərin müraciətlərinə də baxılaraq, müvafiq qərarlar qəbul olunub.

İclasda 25 saylı Nizami ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasından deputatlığa namizəd Sədaqət Vəliyevanın Rauf Arif oğlu Abbasov barəsində MSK-ya ünvanladığı müraciət müzakirə mövzusu olub. İclasda bildirilib ki, artıq MSK-ya S. Vəliyevanın R. Abbasovla bağlı 4-cü şikayəti daxil olub.

M. Pənahov isə vəziyyətin gərginləşdirilməməsini məqsədəuyğun hesab edib: “Belə məsələlərin araşdırılması üçün yerində vəziyyətlə tanış olunmalıdır. Seçkilərə 10 gün qalıb, vəziyyəti gərginləşdirmək düzgün deyil”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR