MSK parlament seçkiləri günü bəzi məntəqələrdə “veb-kamera”ların tətbiqi barədə qərar qəbul edib

MSK parlament seçkiləri günü bəzi məntəqələrdə “veb-kamera”ların tətbiqi barədə qərar qəbul edib
# 30 oktyabr 2010 13:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında parlament seçkiləri günü bəzi məntəqələrdə “veb-kamera”ların tətbiqi barədə qərar qəbul edilib. APA-nın məlumatına görə, iclasda MSK katibi Natiq Məmmədov Seçkilər İnformasiya Mərkəzinin fəaliyyəti barədə danışıb. O deyib ki, mərkəz seçki günü onlayın rejimdə işləyəcək. MSK katibi 2008-ci ildə olduğu kimi, indi də seçki məntəqələrində “veb-kamera”lar tətbiq olunmasının əhəmiyyətini və zəruriliyini də qeyd edib: “Veb-kameralar 500 məntəqəni – ölkənin bütün bölgələrini əhatə etməlidir. Bununla bağlı bütün proses yekunlaşıb və veb-kameralar təcrübədən keçirilib”.

Bundan sonra “veb-kamera”ların seçki günü tətbiqi məsələsinə baxılıb. MSK “veb-kamera”ların seçki günü tətbiq olunması barədə qərar qəbul edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR