Rusiya xarici işlər nazirinin müavini: “ATƏT-in Minsk qrupu ən çətin münaqişələrdən biri üzrə işlək razılaşmalar platformasını formalaşdırmağı bacarıb”

Rusiya xarici işlər nazirinin müavini: “ATƏT-in Minsk qrupu ən çətin münaqişələrdən biri üzrə işlək razılaşmalar platformasını formalaşdırmağı bacarıb”
# 09 mart 2012 10:49 (UTC +04:00)
Bu sözləri APA-nın Moskva müxbirinə ATƏT-in Minsk Qrupunun fəaliyyətini şərh edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Nazir müavini hesab edir ki, Minsk qrupu ən çətin münaqişələrdən biri üzrə bu müddət ərzində işlək razılaşmalar platformasını formalaşdırmağı bacarıb: “Rusiyanın ATƏT-in Minsk qrupundakı rolu hamıya məlumdur. Bu rol xüsusidir. Bu prosesə Rusiya prezidenti də daxil olmaqla dövlət başçılarının qatılmağını xüsusi vurğulamaq istərdim. Düşünürük ki, prinsipcə, biz o qədər də pis tarixə, pis platformaya malik deyilik. Münaqişənin həlli isə siyasi iradədən asılı olan məsələdir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR