Azərbaycan XİN: Avropa İttifaqının siyasi cəsarəti işğalı işğal kimi göstərməkdən irəli gələr

Azərbaycan XİN: Avropa İttifaqının siyasi cəsarəti işğalı işğal kimi göstərməkdən irəli gələr
# 02 iyun 2012 12:30 (UTC +04:00)
Hər şey öz adı ilə adlandırılmalıdır. Ermənistanın işğalını pisləmək, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına çağırmaq ən böyük cəsarət olardı. Avropa İttifaqının siyasi cəsarəti də məhz işğalı işğal kimi göstərməkdən irəli gələr». APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Filip Lefortun erməni KİV-də yayımlanan fikirlərinə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

E.Abdullayevin sözlərinə görə, Aİ nümayəndəsi tərəfindən yenilənmiş Madrid prinsiplərini Qarabağ münaqişəsinin tənzimlənməsi üçün qəbul edilməsini bildirməsi müsbət qiymətləndirilir. Azərbaycan da bu yanaşmanı baza kimi qəbul edib. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması regionda əməkdaşlığın aparılması üçün imkanlar yaradacaq. «Yenilənmiş Madrid prinsiplərində göstərildiyi kimi Ermənistanın öz Silahlı Qüvvələrini Azərbaycanın işğal altındakı ərazilərindən çıxarması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtması, kommunikasiyaların bərpa olunması regionun inkişafı üçün yeni imkanlar yaradacaq. Aİ də öz növbəsində dünyanın ən böyük və mötəbər beynəlxalq təşkilatlarından biri kimi öz ədalətli mövqeyini əsirgəməməlidir. Belə ki, məhz elə Aİ nümayəndəsinin də vurğuladığı regionun inkişafı və inteqrasiyasına mane olan Ermənistan-Azərbacan, Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəl olan Ermənistanın qeyri-konstruktiv mövqedə yanaşması birmənalı şəkildə pislənilməlidir».

E.Abdullayevin sözlərinə görə, Ermənistan rəhbərliyi tərəfindən münaqişənin həlli ilə bağlı siyasi iradənin nümayiş etdirilməməsi bu gün problemin həllinə ən böyük maneədir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR