Elnur Aslanov: “Ermənistan sülhün bərqərar olmasında maraqlı deyil” - FOTO

Elnur Aslanov: “Ermənistan sülhün bərqərar olmasında maraqlı deyil” - <font color=red>FOTO</font>
# 05 iyun 2012 09:51 (UTC +04:00)
Ermənistan bu gün status-kvonu saxlamağa çalışır və bölgədə sülhə, sabitliyə və əmin-amanlığa xidmət edən addımlar atmaq əvəzinə, bölgədə daha çox hərbi ritorikanın güclənməsinə, qeyri-sabitliyə, müxtəlif provokasiyalara çalışır”. APA-nın xəbərinə görə, bu sözləri Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. O bildirib ki, uzun illərdir Ermənistan irrasional mövqe tutaraq danışıqlar prosesini uzadır: “Bu onu göstərir ki, Ermənistan sülhün bərqərar olmasında maraqlı deyil”.

E. Aslanovun sözlərinə görə, ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli əsas müzakirə mövzularından biri olacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR