QAT BMT-nin Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirəcək

QAT BMT-nin Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirəcək
# 06 iyun 2012 09:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) BMT-nin Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirəcək. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 7-də keçiriləcək etiraz aksiyasında ATƏT-in Minsk Qrupunun buraxılması, Ermənistanın işğalçı dövlət kimi tanınması və ona qarşı sanksiyaların tətbiq olunması, cəbhə xəttində Azərbaycan əsgərlərini qətlə yetirməyə davam edən işğalçı Ermənistan rejiminə qarşı dərhal təsirli tədbirlərin görülməsi tələbləri irəli sürüləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR