Türkiyə XİN: Qoşunların təmas xəttindəki son gərginlik Dağlıq Qarabağ probleminin həll olunmamasının yaradacağı ciddi nəticələri bir daha meydana çıxarıb

Türkiyə XİN: Qoşunların təmas xəttindəki son gərginlik Dağlıq Qarabağ probleminin həll olunmamasının yaradacağı ciddi nəticələri bir daha meydana çıxarıb
# 06 iyun 2012 22:02 (UTC +04:00)
APA-nın “Azərtac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, Türkiyə insan tələfatı ilə nəticələnmiş bu hadisələri təşviş və üzüntü hissi ilə izləyir: “Qoşunların təmas xəttindəki son gərginlik Dağlıq Qarabağ probleminin həll olunmamasının yaradacağı ciddi nəticələri bir daha meydana çıxarıb”.

Bölgədə həssas və kövrək balans zəminində olan hazırkı vəziyyətin heç bir tərəfin mənafeyinə uyğun olmadığı, sadəcə yaraların dərinləşməsinə səbəb olduğu vurğulanan bəyanatda deyilir ki, Ankara Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş addımlar atmaqla bağlı müraciətini bir daha bəyan edir.

“Türkiyə bu çərçivədə bölgədə tam normallaşma səylərini qətiyyətlə davam etdirəcək”, - deyə bəyanatda vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR