Əhməd Davudoğlu: “İşğal altında saxladığı Azərbaycan torpaqlarından çıxdıqdan sonra Ermənistanla da əlaqələr qurula bilər”

Əhməd Davudoğlu: “İşğal altında saxladığı Azərbaycan torpaqlarından çıxdıqdan sonra Ermənistanla da əlaqələr qurula bilər”
# 07 iyun 2012 07:05 (UTC +04:00)
APA-nın “Azərtac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, bunu xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə Böyük Millət Məclisində çıxışında deyib.

Nazir bildirib ki, Ankara bütün qonşularla əlaqələrin yaxşılaşmasını istəyir: “Bütün əngəllərə baxmayaraq, Qafqazda sülhə hörmət etdikdən və işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxdıqdan sonra Ermənistanla da əlaqələr qurula bilər”.

Deputatların suallarını cavablandıran Ə. Davudoğlu deyib ki, qonşularla münasibətlərin gərginləşməsinə dair iddialar doğru deyil: “Belə ki, hazırda Azərbaycan, Rusiya, Ukrayna və Bolqarıstanla yüksək səviyyəli əməkdaşlıq şurası çərçivəsində sıx əlaqələr mövcuddur”.

Millət Məclisinin plenar iclasında söz alan millət vəkili Sinan Oğan bildirib ki, Türkiyə ilə yanaşı, Azərbaycandan da şəhid xəbərləri gəlir: “Biz qardaş xalqa və şəhid ailələrinə dərin hüznlə başsağlığı veririk”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR